Olimpiadalar tarixində qazanılan medalların sayına görə ölkələrin siyahısı açıqlanıb

10 Avqust 2021 15:03

Xəbər 444 dəfə oxunub

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarından sonra olimpiadalar tarixində qazanılan medalların ümumi sayına görə ölkələrin siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, siyahıda 1896-cı ildən keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan komandalar yer alıblar.Cədvəldə komandalar turnirdə iştirak etdiyi vaxtda adlandırıldığı kimi göstərilib. Yəni, heç bir komanda fərqli adlanan yığmanın varisi hesab olunmayıb.İlk dəfə 1996-cı ildə keçirilən “Atlanta-1996”da iştirak edən və həmin vaxtdan 7 Olimpiadaya qatılan Azərbaycan qazanılan medalların sayına görə siyahıda 63-cü yerdədir. İdmançılarımız ümumilikdə 49 medal – 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıblar.İndiyədək 154 komanda aktivinə medal yazdırıb. ABŞ 2636 medalla birinci pillədə qərarlaşıb. SSRİ 1010 medalla ikinci, Böyük Britaniya isə 916 medalla üçüncüdür.xeber100.com