Avqustun 12-də futbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Uindzor Park” stadionunda keçirilən görüşdə İngiltərənin “Çelsi” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib.Oyunda hesabı 27-ci dəqiqədə ingilislər açıb. Kay Havertzin ötürməsindən sonra Hakim Ziyeş fərqlənib. Qoldan sonra hücumları artıran “Çelsi” rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.Buna baxmayaraq fasiləyə komandalar London təmsilçilərin minimal hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində “Vilyarreal” hesaba tarazlıq gətirib. Matçın 73-cü dəqiqəsində Jerar Moreno hesabı bərabərləşdirib.Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər.Bu hissədə 6:5 hesabı ilə qalib gələn “Çelsi” komandası UEFA Super kubokunun qalibi olub. Londonlular tarixində ikinci dəfə bu titula yiyələnirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…