Şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək

16 Avqust 2021 13:08

Xəbər 374 dəfə oxunub

Avqustun 16-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycanın 3 şahmatçısı – Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edir.Hər üç idmançımız yerli şahmatçılarla mübarizə aparacaqlar. Belə ki, M.İsgəndərov Muxiddin Madaminov, M.Muradlı Qayrat Halilov, V.Rəsulov Umida Omonovla üz-üzə gələcəklər.Yarış avqustun 22-dək davam edəcək.xeber100.com