UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində

16 Avqust 2021 14:07

Xəbər 354 dəfə oxunub

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Aberdin” (Şotlandiya) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.“Qarabağ” – “Aberdin” matçı avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-da Şotlandiyadakı “Pittodrie Stadium”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com