Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək

13 Avqust 2021 14:55

Xəbər 396 dəfə oxunub

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib. Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək.AFFA tərəfindən ayrılan maliyyə vəsait təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.xeber100.com