Şahmat üzrə Avropa çempionatının 10-cu turunun oyunları keçiriləcək

19 Avqust 2021 15:32

Xəbər 355 dəfə oxunub

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 10-cu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, təmsilçilərimiz Gülnar Məmmədova Aleksandra Maltsevskaya (Rusiya), Günay Məmmədzadə Lara Şulze (Almaniya), Gövhər Beydullayeva Olqa Qirya (Rusiya), Ülviyyə Fətəliyeva Qerqana Peiçeye (Avropa Şahmat İttifaqı), Zeynəb Məmmədyarova Lilit Mkrtçyan (Ermənistan), Xanım Balacayeva Yekaterina Pavlidou (Yunanıstan), Turkan Məmmədyarova Anna Gvantseladze (Rusiya), Xəyalı Abdulla Stephanie Matasaru (Rumıniya), Nəsrin Babayeva Dina Belenkaya (Rusiya) ilə mübarizə aparacaqlar.Doqquz turdan sonra G.Məmmədova 6, G.Məmmədzadə, Ü.Fətəliyeva, G.Beydullayeva 5,5, X.Balacayeva, Zeynəb Məmmədyarova 5, T.Məmmədyarova 4,5, N.Babayeva, X.Abdulla 4, A.Allahverdiyeva 3,5 xal toplayıblar. Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.xeber100.com