UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində

19 Avqust 2021 15:36

Xəbər 394 dəfə oxunub

Bu gün Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, saat 21:00-da “Bakcell Arena”da start götürəcək matça Şimali Makedoniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Aleksandar Stavrev olacaq. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.Qarşılaşmanın UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviç (Bosniya və Herseqovina) olacaq.Bakı təmsilçisinin heyətində koronavirusdan sağalan Uqo Basto və hərarəti olduğu üçün Premyer Liqanın ilk turunda “Qəbələ” ilə matçı buraxan Sabir Buqrin artıq məşqlərə başlayıb. Onların qarşıdakı matçda forma geyinməsi gözlənilir. Hayfa təmsilçisində isə itki yoxdur.xeber100.com