“Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib

24 Avqust 2021 15:06

Xəbər 385 dəfə oxunub

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Yakub Yanktonu transfer edib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.İyirmi beş yaşlı çexiyalı futbolçu ilə beşillik müqavilə imzalanıb. O, yeni komandasında “16” nömrəli formanı geyinəcək.Yankto 2019-cu ilin sentyabrından “Sampdoriya”da çıxış edirdi. O, Çexiya millisində 40 matçda 4 dəfə fərqlənib.xeber100.com