UEFA Çempionlar Liqasının ilkin mərhələsinin sonuncu görüşündə

24 Avqust 2021 15:08

Xəbər 408 dəfə oxunub

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində sonuncu görüşünü keçirəcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionu Latviyanın Salaspils şəhərində keçiriləcək oyunda yerli “Raba” komandası ilə üz-üzə gələcək.Komandamız ilk oyununda Cəbəllütariqin “Europa” kollektivini 9:2 hesabı ilə məğlub edib. Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə matç isə 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabında 4 xal olan “Araz-Naxçıvan” və “Kampuksen Dinamo” ilk iki pillədə yer alıblar. “Raba” 3 xalla üçüncü, hesabında xal olmayan “Europa” isə sonuncu pillədə yer alıb.Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.xeber100.com