Çimərlik futbolu üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulub

25 Avqust 2021 14:42

Xəbər 295 dəfə oxunub

Moskvada keçirilən çimərlik futbolu üzrə 11-ci dünya çempionatının qrup mərhələsinə yekun vurulub və dörddəbir finalın iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, mundialda 16 komanda 4 qrupda mübarizə aparıb. Rusiya, ABŞ, Paraqvay və Yaponiya A, Mozambik, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tahiti seçmələri B qrupunda yer alıblar. C qrupunda Belarus, Salvador, İsveçrə, Braziliya, D qrupunda isə Portuqaliya, Oman, Seneqal və Uruqvay yığmaları qarşılaşıblar.Qruplarda ilk iki yeri tutan komandalar mübarizəni dörddəbir finalda davam etdirmək hüququ qazanıblar. Belə ki, A qrupundan Rusiya və Yaponiya, B qrupundan Tahiti və İspaniya yığmaları dörddəbir finala yüksəliblər. C qrupundan İsveçrə və Braziliya, D qrupundan isə Seneqal və Uruqvay mübarizəni dörddəbir finalda davam etdirəcəklər.Çempionatın dörddəbir final mərhələsinin görüşləri avqustun 26-da oynanılacaq. Mərhələyə Seneqal-Braziliya oyunu ilə start veriləcək. Bu mərhələdə, həmçinin İsveçrə – Uruqvay, Tahiti – Yaponiya və Rusiya – İspaniya görüşləri oynanılacaq.Mundialın yarımfinal qarşılaşmaları avqustun 28-də, üçüncü yer uğrunda görüş və final matçı isə bir gün sonra oynanılacaq.Çimərlik futbolu üzrə dünya çempionatı ilk dəfə 1995-ci ildə keçirilib və 2005-ci ilə qədər hər il təşkil olunub. 2005-ci ildən etibarən dünya çempionatını FIFA təşkil etməyə başlayıb. Həmin vaxtdan mundial iki ildən bir keçirilir. FIFA-nın təşkilatçılığı ilə indiyədək keçirilən 10 dünya çempionatında Braziliya millisi 5 dəfə kuboka sahib olub. Portuqaliya və Rusiya milliləri 2, Fransa isə 1 dəfə çempion adını qazanıb.İki il əvvəl keçirilmiş sonuncu mundialın finalında Portuqaliya İtaliyanı 6:4 hesabı ilə məğlub edərək ikinci dəfə çempion olub. Üçüncü yer uğrunda oyunda isə Rusiya yığması Yaponiyaya qalib gəlib – 5:4.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02