Şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək

31 Avqust 2021 10:53

Xəbər 304 dəfə oxunub

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, qitə birinciliyinin bu mərhələsində liderlər qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Rauf Məmmədov fransalı Maksim Laqarde ilə üz-üzə gələcək.Digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdos, Aydın Süleymanlı almaniyalı Stefan Fruebinq, Read Səmədov macarıstanlı Adam Kozak ilə mübarizə aparacaqlar.Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 4,5 xalla 1-3-cü yeləri bölüşür. N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com