UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində

8 Sentyabr 2021 13:49

Xəbər 382 dəfə oxunub

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun stadionu dəyişdirilib. Matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.xeber100.com