Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 7-də növbəti oyununu keçirib.Millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə və Filip Ozobiç yer alıblar.Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu və Dioqu Jota çıxıbıar.İtaliyalı FIFA referisi Marko Quidanı idarə etdiyi oyunda Portuqaliya yığması 3:0 hesablı qələbə qazanıb. Portuqaliya millisinin heyətində Bernardu Silva, Andre Silva və Diogo Jota fərqləniblər.Hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.Millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…