“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

5 Sentyabr 2021 13:57

Xəbər 351 dəfə oxunub

Avqustun 5-də Yaponiya paytaxtının Milli Olimpiya stadionunda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.Mərasim Paralimpiya Oyunlarının iştirakçılarının əyləşdiyi meydanda Yaponiyanın tanınmış estrada ulduzlarının təqdim etdiyi kompozisiya ilə başlayıb. İştirakçılar Yaponiyanın vəliəhd-şahzadəsi Akişinonu, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsonsu, Baş nazir Yoşihide Suqanı alqışlarla qarşılayıblar.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (41 qızıl, 38 gümüş, 45 bürünc), üçüncü yerdə isə ABŞ qərarlaşıb (37 qızıl, 36 gümüş, 31 bürünc). İştirakçı ölkələrin bayraqlarının paradı atəşfəşanlıqla başa çatıb.xeber100.com