“Champions Showdown: Chess9LX” turnirinin növbəti oyunları keçiriləcək

9 Sentyabr 2021 11:18

Xəbər 378 dəfə oxunub

Sentyabrın 9-da Sent-Luisdə (ABŞ) “Champions Showdown: Chess9LX” turnirinin növbəti 3 turunun oyunları keçiriləcək.“Fişer şahmatı” üzrə təşkil olunan yarışın növbəti turlarında təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri Uesli So, Leynyer Dominqes Peres və Sem Şenklendlə qarşılaşacaq.Qeyd edək ki, ilk 3 turdan sonra liderdən yarım xal geri qalan Ş.Məmmədyarov 2 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir.xeber100.com