2021/2022-ci il mövsümünün oyunlarının vaxtı dəqiqləşib

9 Sentyabr 2021 11:22

Xəbər 424 dəfə oxunub

“Qəbələ”nin UEFA Gənclər Liqasının 2021/2022-ci il mövsümünün birinci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.Çempionlar yolunda mübarizə aparacaq U-19 komandamız Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq.İlk oyun sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək və matç saat 17:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.Xatırladaq ki, bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.xeber100.com