Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

13 Sentyabr 2021 10:59

Xəbər 419 dəfə oxunub

“Tokio-2020” Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya yarışlarına hazırlıqla bağlı Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.Təşkil olunan toplantıda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər.İclası giriş sözü ilə açan S.Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib. O komandamızın Oyunlara 5 lisenziya qazanmasını yüksək qiymətləndirib: “Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz “Tokio-2020″də daha çox medal gözləyirdik. Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi olduq. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı. Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb.xber100.com