2021-2022-ci il mövsümünün birinci turunun oyunları keçiriləcək

16 Sentyabr 2021 13:51

Xəbər 477 dəfə oxunub

Sentyabrın 16-da futbol üzrə UEFA Avropa Liqasının və UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turunun oyunları keçiriləcək.Turun ilk oyun günündə Avropa Liqasında 15, Konfrans Liqasında isə 14 görüş baş tutacaq.Ölkəmizi Konfrans Liqasında təmsil edən “Qarabağ” klubu yer aldığı “H” qrupundakı ilk oyunda İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Bu qrupun digər görüşü Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək.UEFA Avropa Liqasında Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliyanın “Latsio” klubunu qəbul edəcək. “Fənərbağça” isə Almaniyada “Ayntraxt Frankfurt” komandasının qonağı olacaq.xeber100.com