Sentyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.Turun üçüncü matçında son çempion “Neftçi” autsayder “Keşlə”ni qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb. Birinci hissə “ağ-qaralar”ın minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə “ağ-qaralar”ın yeni transferi Ramon Maçado fərqlənib. Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı futbolçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə sonuncudur.Qeyd edək ki, IV turun ilk iki oyununda “Qəbələ” evdə “Səbail”i 5 cavabsız qolla məğlub edib, “Zirə” isə “Sabah”la 1:1 hesablı heç-heçə ilə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…