Voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək

19 Sentyabr 2021 10:12

Xəbər 338 dəfə oxunub

Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək.Çempionluq uğrunda görüşdə Sloveniya və İtaliya yığmaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Polşa və Serbiya yığmaları üz-üzə gələcəklər.Hər iki oyun Polşada təşkil olunacaq. Avropa çempionatına Polşa Finlandiya, Çexiya və Estoniya ilə birgə ev sahibliyi edir.İtaliya millisi 8 ildən sonra ilk dəfədir Avropa çempionatının finalına vəsiqə qazanıb. Sloveniya yığması isə son qitə birinciliyində – 2019-cu ildə Serbiyaya məğlub olaraq gümüş medala sahib olub.xeber100.com