UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunda

23 Sentyabr 2021 15:34

Xəbər 350 dəfə oxunub

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.AZƏRTAC xəbər verir ki, UEFA-nın açıqladığı göstəricilərə görə, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ”ın futbolçuları da yer alıblar. Abbas Hüseynov və Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə ediblər. Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.“Qarabağ”ın kapitanı Maksim Medvedev turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.Qeyd edək ki, “Qarabağ”-“Bazel” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.xeber100.com