“Real Madrid”in forvardı yeni rekorda imza atıb

23 Sentyabr 2021 15:41

Xəbər 736 dəfə oxunub

“Real Madrid”in forvardı Kərim Benzema yeni rekorda imza atıb.34 yaşlı hücumçu buna La Liqanın altıncı turunda “Malyorka”nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Bu da Avropanın “Top-5” liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.Qeyd edək ki, “Real Madrid” 16 xalla turnir cədvəlinə başçılıq edir.xeber100.com