İtaliya A Seriyasının 6-ci turunun oyunlarına start verilib

25 Sentyabr 2021 21:43

Xəbər 403 dəfə oxunub

Sentyabrın 25-də futbol üzrə İtaliya A Seriyasının 6-ci turunun oyunlarına start verilib.Turun açılış görüşündə çempionluğa iddialı “Milan” səfərdə autsayder “Spezia” klubunun qonağı olub.Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Stefano Piolinin yetirmələrinin heyətində Daniel Maldini (48), Brahim Diaz (87), “Spezia”nın heyətində isə Daniele Verde fərqləniblər.Bu qələbə sayəsində milanlılar xal ehtiyatını 16-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəliblər. “Spezia” isə dörd xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com