Sloveniyanın paytaxtında Avropa voleybol qalası təşkil olunub

27 Sentyabr 2021 15:38

Xəbər 429 dəfə oxunub

Sloveniyanın paytaxtı Lyublyanada Avropa voleybol qalası təşkil olunub.Tədbirdə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov iştirak edib.Qalada 2022-ci ildə qadın və kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində qruplar isveçrəli voleybol ulduzu Coana Haydrix və italiyalı Paola Eqonunun köməyi ilə müəyyən olunub.xeber100.com