Futbol üzrə Kipr çempionatında dördüncü turun oyunları keçirilib

27 Sentyabr 2021 15:41

Xəbər 373 dəfə oxunub

Futbol üzrə Kipr çempionatında dördüncü turun oyunları keçirilib. UEFA Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.Komanda doğma meydanda “Pafos”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.“Omoniya” 4 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.“Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.xeber100.com