“Champions Chess Tour”un final mərhələsinin oyunları keçiriləcək

28 Sentyabr 2021 15:21

Xəbər 390 dəfə oxunub

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransala Maksim Vaşe-Laqrav, T.Rəcəbov polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaqlar.Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.xeber100.com