Osloda güləş üzrə dünya çempionatı davam edir

3 Oktyabr 2021 19:05

Xəbər 379 dəfə oxunub

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.Mundialın üçüncü günündə – oktyabrın 4-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz çempionatda çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaqlar.Oktyabrın 3-də keçirilən püşkatma mərasimindən sonra qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, T.Nəsirova Nataliya Varakina, A.Kolesnik Kristina Sazıkina (hər ikisi Belarus), E.Manolova isə fransalı Koumba Larrok ilə qarşılaşacaq.Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyur.xeber100.com