“Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər

6 Oktyabr 2021 15:12

Xəbər 394 dəfə oxunub

Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.Azərtac xəbər verir ki, şahmatçımız Vüqar Rəsulov 8,5 xalla 13-cü yeri tutub. Digər şahmatçılarımız Murad İbrahimli və Xəzər Babazadə 8 xal toplayıblar.Turnirin qalibi isə 9,5 xalla ABŞ təmsilçisi Kristofer Yu olub.xeber100.com