Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

11 Oktyabr 2021 19:59

Xəbər 390 dəfə oxunub

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq İsrail komandasının heyəti açıqlanıb. Belə ki, qadınların turnirində Şira Rişoni (48 kq), Gefen Primo (52 kq), Kerem Primo (57 kq), İnbal Şemeş (63 kq), İnbar Lanir (78 kq) və Raz Herşko (+78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, indiyədək “Böyük dəbilqə” turnirində 12 ölkədən 56 idmançının iştirakı təsdiqlənib. Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com