Azərbaycan Futzal Federasiyasının məlumatı

11 Oktyabr 2021 20:47

Xəbər 362 dəfə oxunub

Futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyun cədvəli açıqlanıb.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, oktyabrın 15-də keçiriləcək turun qarşılaşmaları “Olimpik Star”da təşkil olunacaq.Tur çərçivəsində “Xilə” – EKOL, “Record club” – “Baku Fire”, “Neftçi” – “Alyans” və U-19 – Araz-Naxçıvan” matçları təşkil olunacaq.Hesabında 6 xal EKOL, “Araz-Naxçıvan” və “Baku Fire” komandaları turnir cədvəlinin ilk üç pilləsində yer alıblar. “Record club” və “Xilə” 3 xalla 4-5-ci pilləni bölüşürlər. U-19, “Alyans” və “Neftçi” klublarının hesabında xal yoxdur.xeber100.com