Şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək

14 Oktyabr 2021 12:51

Xəbər 385 dəfə oxunub

Oktyabrın 15-də müxtəlif yaş qruplarında şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək.10, 12, 14, 16, 18 və 20 yaşlı şahmatçıların iştirak edəcəkləri qitə çempionatında Azərbaycanı 45 idmançı təmsil edəcək.İsveçrə sistemi üzrə keçiriləcək çempionat 9 turdan ibarət olacaq. Yarış oktyabrın 21-dək davam edəcək.xeber100.com