UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində

19 Oktyabr 2021 11:26

Xəbər 398 dəfə oxunub

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Kayrat” (Qazaxıstan) oyununun hakimləri açıqlanıb.Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.Matç oktyabrın 21-da saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com