Xəbər verdiyimiz kimi, oktyabrın 18-də futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupumuzla bağlı fikrini bölüşüb: “Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur. Normal qrupa düşmüşük. Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi, payımıza İspaniya düşdü. Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar bura yaxşı hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq”.Braziliyalı mütəxəssis qeyd edib ki, şans hər zaman var. Hər oyunda meydana çıxan millilərin şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq.Püşkə əsasən, millimiz “D” qrupunda Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Niderlandın Qroningen şəhərində keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…