Bu gün futbol üzrə İspaniya çempionatında onuncu turun mərkəzi qarşılaşması keçirilib.“Nou Kamp” stadionunda baş tutan görüşdə “Barselona” və “Real Madrid” komandaları qarşılaşıb.Hesab matçın 32-ci dəqiqəsində açılıb. Madridlilərin yeni transferi David Alaba uzaqdan vurduğu zərbə ilə baxımlı qola imza atıb. Komandalar fasiləyə “Real Madrid”in minimal hesablı üstünlüyü ilə yollanıb.İkinci hissədə “Barselona”nın baş məqşçisi Ronald Kuman hücum xəttini gücləndirmək məqsədilə Oskar Minqesanın yerinə meydançaya Felipe Koutinyonu buraxıb. Oyunun 73-cü dəqiqəsində Vinisius Juniorun cərimə meydançası daxilində ötürməsini Kərim Benzema qola çevirə bilməyib. Bundan bir dəqiqə sonra “Barselona”nın ulduz futbolçusu Serxio Aquera meydançaya daxil olub.Görüşün əsas vaxtın əlavə olunmuş dördüncü dəqiqədə madridlilər hesab arasındakı fərqi artırıblar. Marko Assensionun başladığı əks-hücumu Lukas Vaskez dəqiq zərbə ilə tamamlayıb – 0:2. Matçın 97-ci dəqiqəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzin çıxıb. Serxio Aquera hesab arasındakı fərqi azaldıb.Beləliklə, “Real Madrid” 183-cü “el-klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində “Kral klubu” 9 oyundan sonra 20 xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…