İtaliya A Seriyasının doqquzuncu turunun növbəti oyunları keçirilib

24 Oktyabr 2021 19:41

Xəbər 371 dəfə oxunub

Futbol üzrə İtaliya A Seriyasının doqquzuncu turunun növbəti oyunları keçirilib.Çempionluğa iddialı “Milan” səfərdə “Bolonya” komandasının qonağı olub.Gərgin keçən görüş 4:2 hesablı qonaqların qələbəsi ilə başa çatıb.Milan təmsilçisinin heyətində Rafael Leao, Davide Kalabriya, İsmayıl Benaser, Zlatan İbrahimoviç fərqləniblər. “Bolonya”nın qollarını Musa Barov və Zlatan İbrahimoviç (avtoqol) vurub.Bu qələbədən sonra xallarını 25-ə çatdıran “Milan” turnir cədvəlində qismən liderliyə yüksəlib. Ondan bir xal geri qalan “Napoli” oktyabrın 24-də səfərdə “Roma” ilə üz-üzə gələcək. “Bolonya” 12 xalla 9-cu yerdədir.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Salernitana” – “Empoli” – 2:4;

“Sassuolo” – “Venesiya” – 3:1;

“Torino” – “Genoa” – 3:2;

“Sampdoriya” – “Spesiya” – 2:1.xeber100.com