Futbol üzrə Türkiyə çempionatının X turu çərçivəsində

26 Oktyabr 2021 15:03

Xəbər 356 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının X turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Aleksandru Cicaldau açıb. Lakin meydan sahiblərinin futbolçusu Kayl Larin 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Matçın 64-cü dəqiqəsində K.Larin komandasının və özünün ikinci qolunu vuraraq “Beşiktaş”ın qələbəsini rəsmiləşdirib.Beləliklə, İstanbul derbisində “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 24 xalla “Trabzonspor” başçılıq edir. Ondan dörd xal geri qalan “Hatayspor” və “Fənərbağça” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.