Belqradda boksçular arasında dünya çempionatı davam edir

25 Oktyabr 2021 15:05

Xəbər 608 dəfə oxunub

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü – Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.xeber100.com