Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son matçında “Qarabağ” klubu “Səbail”in qonağı olub. “ASCO Arena”dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel “dənizçilər”i önə keçirib. On dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. Matçın 65-ci dəqiqəsində qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.Bu, “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin “köhlən atlar”ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.Bu nəticədən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran “Səbail” isə 5-ci pilləyə yüksəlib.Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Qəbələ” səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə “Neftçi” klubu “Zirə”ni məğlub edib – 2:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…