Zəfər Gününə həsr olunmuş şahmat turniri start götürəcək

25 Oktyabr 2021 15:09

Xəbər 680 dəfə oxunub

Noyabrın 6-da Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş şahmat turniri start götürəcək.Azərtac xəbər verir ki, beynəlxalq reytinq xarakterli yarış Vüqar Həşimov Şahmat Akademiyasında keçiriləcək. Yarışın nəticələrinə uyğun olaraq şahmatçılar FIDE reytinqlərini artırmaqla bərabər, idman ustalığına namizəd, 1, 2, 3 və 4-cü idman dərəcələrinin normalarını da yerinə yetirmək imkanı qazanacaqlar.İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.Turnirə noyabrın 14-də yekun vurulacaq.xeber100.com