UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci oyununda

29 Oktyabr 2021 15:01

Xəbər 454 dəfə oxunub

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununa çıxacaq.Təmsilçimiz Rumıniya çempionu “Yunayted Qalati” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Matçın baş hakimi sloveniyalı Dejan Veseliç olacaq. Ona Ozan Soykan (Türkiyə) və Josip Barton (Şimali Makedoniya) kömək edəcəklər.Görüşün hakim-inspektoru Patrik Villemark (Belçika), UEFA nümayəndəsi isə Stefan Kammerer (Almaniya) olacaq.Qeyd edək ki, Azərbaycan çempionu ilk oyununda Ukraynanın “Uraqan” klubuna 1:2 hesabı ilə məğlub olub.xeber100.com