İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib

1 Noyabr 2021 15:30

Xəbər 254 dəfə oxunub

Oktyabrın 31-də futbol üzrə İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turun əsas maraq doğuran görüşü “Olimpiko” stadionunda oynanılıb. “Roma” klubu cari mövsüm məğlub olmayan “Milan” komandasını qəbul edib. Gərgin keçən görüşə daha fəal başlayan “Milan” ardıcıl təhlükəli hücumlardan sonra matçın 26-cı dəqiqəsində hesabı açıb. Zlatan İbrahimoviç uzaq məsafədən təyin olunmuş cərimə zərbəsini baxımlı qolla tamamlayıb. Baş hakim Fabio Mareska ilk hissənin sonuna qədər hər iki komandanın futbolçularına dörd sarı vərəqə göstərib.Fasilədən sonra hücumlarını davam etdirən milanlılar yenidən fərqlənsə də, baş hakim qolu qeydə almayıb. Buna səbəb isə Zlatan İbrahimoviçin ötürmə zamanı oyundan kənar vəziyyətdə olması olub. Buna baxmayaraq, yeddi dəqiqə sonra “Milan” hesab arasındakı fərqi iki topa çatdırmağa nail olub. “Roma” klubunun müdafiəçisi Rojer İbanez cərimə meydançasının daxilində Zlatan İbrahimoviçə qarşı kobud oynayıb. Buna görə hakim paytaxt təmsilçisinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Frank Kessi fürsəti əldən verməyib. Matçın 66-cı dəqiqəsində “Milan” komandası azlıqda qalıb. Teo Hernandes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Roma” qollardan birinin əvəzini çıxıb.Məğlubiyyətdən qaçmaq üçün “Roma” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə əvəzetmə etsə də, hesab dəyişilməyib. Beləliklə, “Milan” cari mövsüm məğlubiyyətsiz seriyasını davam etdirir.Bu nəticədən sonra xal ehtiyatını 31-ə çatdıran “Milan” eyni xal toplayan “Napoli” ilə birinci və ikinci yerləri bölüşür. “Roma” isə 19 xalla beşinci yerdə qərarlaşıb.Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Atalanta” – “Latsio” – 2:2;

“Verona” – “Yuventus” – 2:1;

“Torino” – “Sampdoriya” – 3:0;

“İnter” – “Udineze” – 2:0;

“Genoa” – “Venesiya” – 0:0;

“Sassuolo” – “Empoli” – 1:2;

“Fiorentina” – “Spesiya” – 3:0;

“Salernitana” – “Napoli” – 0:1.

Tura bu gün keçiriləcək “Bolonya” – “Kalyari” oyunu ilə yekun vurulacaq.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02