Boks üzrə dünya çempionatının qarşılaşmalarına start veriləcək

2 Noyabr 2021 14:16

Xəbər 370 dəfə oxunub

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatının dörddəbir final mərhələsinin qarşılaşmalarına start veriləcək.Azərtac xəbər verir ki, bu gün üç boksçumuz rinqə çıxacaq. Belə ki, Sərxan Əliyev (71 kq) Obed Barti (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayev (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) isə Narenderlə (Hindistan) mübarizə aparacaqlar.Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.xeber100.com