Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında yarımfinal mərhələsinin qarşılaşmalarına start veriləcək.Azərtac xəbər verir ki, bu gün 3 boksçumuz rinqə çıxacaq. Belə ki, AIBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso Dominqes (86 kq) dörddəbir finalda rusiyalı Şarabutdin Atayevi məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən “Asif Axundov” klubunun üzvü bu gün kubalı Ruis Kordoba ilə üz-üzə gələcək.Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) ilk qarşılaşmalarında Yonas Yazeviçius (Litva) və Vladan Babiç (Serbiya), dörddəbir finalda isə Narender (Hindistan) üzərində qələbə qazanıb. “Baku Fight Lab”ın boksçusu yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.İlk iki mərhələdə Stefen Nevns (Şotlandiya) və Yuta Akiyamanı (Yaponiya) məğlub edən Sərxan Əliyev (71 kq) dörddəbir finalda Obed Bartini (ABŞ) mübarizədən kənarlaşdırıb. Naxçıvan boks məktəbinin yetirməsi olan və hazırda MOİK-i təmsil edən həmyerlimiz final uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…