Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən qarşılaşmada

8 Noyabr 2021 20:14

Xəbər 375 dəfə oxunub

Noyabrın 7-də futbol üzrə Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 2:2. Günün digər matçlarında isə “Qalatasaray” səfərdə “Fatih Karagümük”lə 1:1 hesablı heç-heçə edib. “Konyaspor” isə səfərdə “Göztəpə”nin qapısından iki cavabsız top keçirib. “Adana Dəmirspor” isə öz meydanında “Hatayspor”u minimal hesabla məğlub edib – 1:0.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla “Trabzonspor” başçılıq edir. Ondan yeddi xal geri qalan “Hatayspor” ikinci, onunla eyni xala malik olan “Konyaspor” isə üçüncü pillələrdə qərarlaşıblar.