Noyabrın 12-də şahmat üzrə Avropa çempionatı start götürəcək

11 Noyabr 2021 11:06

Xəbər 357 dəfə oxunub

Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.Azərtac xəbər verir ki, yarışda qadınlar və kişilərdən ibarət komandalarımız iştirak edəcəklər.Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 31 komanda çıxış edəcək.Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.Çempionat noyabrın 21-dək davam edəcək.xeber100.com