Basketbol üzrə “Dördlər finalı”nın vaxtı məlum olub

12 Noyabr 2021 13:58

Xəbər 409 dəfə oxunub

Basketbol üzrə Avroliqada mövsümün sonunda təşkil olunacaq “Dördlər finalı”nın vaxtı məlum olub.Turnirin 4 ən güclü komandası gələn il mayın 27-29-da Berlinə toplaşacaq. Liqa son iki mövsümdə turnirin həlledici hissəsini məhz Almaniyada keçirir. Ötən mövsüm yarımfinal və final görüşləri Köln şəhərində təşkil edilib.Hazırda müntəzəm çempionatda 8 tur geridə qalıb. “Olimpiya Milan” komandası 7 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.xeber100.com