Su İdmanı Sarayında media nümayəndələri üçün tur təşkil olunub

15 Noyabr 2021 10:28

Xəbər 677 dəfə oxunub

Su İdmanı Sarayında media nümayəndələri üçün tanışlıq turu təşkil olunub.Tur zamanı sarayın direktoru Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov jurnalistləri kompleksin şəraiti və fəaliyyəti barədə məlumatlandırıblar.R.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə inşa edilərək 2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilən Su İdmanı Sarayı yığma komanda ilə yanaşı, üzgüçülüklə məşğul olmaq istəyən hər bir kəsin üzünə açıqdır. O, qeyd edib ki, Su İdmanı Sarayı Avropada ilk üçlüyə, dünyada isə ilk onluğa daxil olan müasir və dünya standartlarına cavab verən unikal idman komplekslərindən biridir: “Burada müasir interyer, xoş abu-hava, effektiv işıqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunma-geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal temperaturda saxlanılması, suyun tərkibinin təmizliyinin yüksək səviyyədə saxlanılması təşkil edilib.Qonaqların isitifadəsi üçün 5 hovuz, “Technogym” şirkətinin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, minifutbol meydançası, SPA mərkəzi, gözəllik salonu, restoran, kartinq mərkəzi fəaliyyət gostərir. Ümumilikdə, kompleksdə uşaq idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb.Xüsusi normativləri yerinə yetirərək uğurlu nəticələri ilə fərqlənən idmançılarımızı həvəsləndirmək məqsədilə Su İdmanı Sarayı tərəfindən üzgüçülüklə məşğul olan uşaqlar üçün 3 ayda bir dəfə yarışlar keçirilir və öz nəticələrini yaxşılaşdıran 5 idmançı təqaüd alaraq ödənişsiz məşqlərə cəlb olunur. Yetirməsi yüksək nəticə göstərən məşqçinin maaşı da Su İdmanı Sarayı tərəfindən ödənilir və bu addım ölkəmizdə üzgüçülük idmanına bir töhfədir”.xeber100.com