“Barselona” futbol klubu Dani Alvesi komandaya qaytardığını açıqlayıb

13 Noyabr 2021 10:45

Xəbər 431 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu Dani Alvesi komandaya qaytardığını açıqlayıb.Bu barədə klubun saytında məlumat verilib.Klub ilə müqavilə 2021-2022-ci il mövsümünün sonunadək bağlansa da, onun 2023-cü ilin yayınadək uzadılması ehtimal edilir.Otuz səkkiz yaşlı futbolçu 2022-ci ilin yanvarından tez olmayaraq “Barselona”da oynaya biləcək.Xatırladaq ki, Dani Alvesin son klubu “San Paulu” (Braziliya) olub.xeber100.com