Karate üzrə dünya çempionatı start götürüb

16 Noyabr 2021 10:53

Xəbər 454 dəfə oxunub

Noyabrın 16-da Dubayda karate üzrə dünya çempionatı start götürüb.Turnirin birinci günündə 5 çəki dərəcəsində kumite yarışlarının ilkin mərhələləri keçiriləcək. Karateçilərimizdən İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) mübarizəyə qatılacaqlar.Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi qatılıb. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.xeber100.com