Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında xeyriyyə aksiyası keçirib.Tədbir Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatına həsr olunub.Xeyriyyə aksiyası çərçivəsində AGF-in əməkdaşları ilə birlikdə dünya çempionatının ulduz səfirləri – kanadalı Karen Kokbern və fransalı Devid Martin sığınacağı ziyarət ediblər.Onlar uşaq sığınacağında yaradılan şəraitlə tanış olub, onun rəhbəri və müəssisənin əməkdaşları ilə söhbət ediblər.Dünya çempionatının ulduz səfirləri “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri ilə görüşüb, onlarla söhbətləşiblər. Uşaqlar qonaqlar üçün tamaşa hazırlayıb, musiqi ifa ediblər.Ulduz səfirlər və federasiyanın əməkdaşları balacalara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 21-dək davam edəcək. Yarışa 33 ölkədən 300-dək gimnast qatılıb. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…